TURİZM

İstirahət mərkəzləri hovuzlara və aquaparklara giriş haqlarını artırıldı

İstirahət mərkəzləri hovuzlara və aquaparklara giriş haqlarını qaldırıblar.

Mərdakan, Novxanı, Nardaran və Bilgəhdə dəniz sahilində yerləşən əksər istirahət mərkəzləri qiymətləri 5 manat artırıblar. Məsələn, böyüklər üçün qiymətlər - həftə içi üzrə 15 manatdan 20 manata, həftə sonu üzrə 20 manatdan 25 manata qaldırılıb. 

Eləcə də bax: Azərbaycan rusiyalı turistlər üçün Gürcüstanı əvəz edə bilər?

İstirahət mərkəzləri yaşı 12-dən yuxarı şəxsləri böyük kateqoriyasına daxil edirlər.

Yaşı 6-12 yaş aralığında olan uşaqlar üçün isə qiymətlər isə istirahət mərkəzindən asılı olaraq 10 manatdan 15 və 20 manata qaldırılıb.

İstirahətə ailəvi getməyi nəzərdə tutanlar qiymət artımından məyus olublar. İndi 2 böyük və uşaqdan ibarət 4 nəfərlik ailənin həftə sonu hovuzlara və aquaparklara girişi 90 manata başa gəlir. Nahar da nəzərə alındıqda qiymət 130-150 manatadək qalxır. Yay fəslində Azərbaycanda 10 dəfə hovuzlara və aquaparklara getmək istəyən ailələr azı 1300 manat xərcləməli olacaqlar.

Eləcə də bax: Azərbaycana bu il daha çox kişi turistlər gəlir – rəsmi

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)