Sığorta

Xarici investor Azərbaycanın sığorta şirkətinə investisiya yatırımaq niyyətindədir

Azərbaycanın sığorta sektoru ilə bağlı vəziyyətlə maraqlanan xarici investor sığorta sahəsində çalışan bir şirkətə investisiya yatırımı niyyətini açıqlayıb.

Bunu "Global Projects Development Holding Co" şirkətinin direktoru Badear Bhaişan Al-Mutairi Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən "ASK Business Consulting" (ABK) şirkəti ilə  memorandumu imzalanan zaman bildirib.

İmzalanmış memorandum ilə bağlı Konfederasiyanın yaydığı məlumatda xarici investorun və onun investisiya yatırmaq istədiyi şirkətin adı açıqlanmayıb.

"ASK Business Consulting" (ABK) şirkəti ilə Səudiyyə Ərəbistanının "Global Projects Development Holding Co" şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandum “Global Projects Development Holding Co " və ABK arasında ortaq inkişaf hədəflərinin həyata keçirilməsinə yönəldilmiş, beynəlxalq və Azərbaycan şirkətləri arasında əməkdaşlıq, inteqrasiya imkanlarını stimullaşdırmaq məqsədi daşıyır. Bu məqsədlə, "Global Projects Development Holding Co" ABK-nı məsləhətçi kimi tanıyır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)