Vilayət Eyvazov daxili işlər naziri vəzifəsinə təyin edilib
Prezident İlham Əliyev Vilayət Eyvazovun Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Eləcə də bax: Ramil Usubov daxili işlər naziri vəzifəsindən azad edildi - SƏRƏNCAM
"ENA" xəbər verir ki, sərəncamla Vilayət Süleyman oğlu Eyvazov Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edilib.
Dövlət başçısının digər sərəncamı ilə Vilayət Süleyman oğlu Eyvazov Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib.
Eləcə də bax: Prezident Ramil Usubova yeni vəzifə verdi - SƏRƏNCAM