Hesabatlar

Pakistanın Azərbaycandakı bankı hesabat verdi: zərəri 36% azaltmışıq

Pakistan Milli Bankının Bakı filialı 2018-ci ilin üçüncü rübünü illik müqayisədə  64 min manat zərərlə başa vurub. Bank zərərini illik müqayisədə 35,6% azaltmağa nail olub. 

"" xəbər verir ki, Pakistan bankının 2018-ci ilin üçüncü rübünün mənfəət və zərər hesabatına əsasən, faiz gəlirləri 541 min manat, faiz xərcləri 2 min manat, qeyri-faiz gəlirləri 0 manat, qeyri-faiz xərcləri 609 min manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 7 min manat təşkil edib.
Pakistan bankının Bakı filialının aktivləri 10 milyon 747 min manat olub ki, bu da illik müqayisədə 2,9% azdır. Aktivlərin 1 milyon 188 min manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edir. Bu göstərci kredit portfelinin illik müqayisədə 20% artması deməkdir.
Pakistan bankının öhdəlikləri 30,4% azalaraq 597 min manata olub. Bunun 490 min manatı müştərilərdən alınmış depozitlərdir. Son 1 ildə Bankın depozit portfeli 13,1% kiçilib. O cümlədən fiziki şəxslərin depozitləri 41,7% azalaraq 161 min manat, hüquqi şəxslərin depozitləri isə 14,2% artaraq 329 min manat olub.


İl ərzində Bakı filialının balans kapitalı isə 0,6% azalaraq 10,149 milyon manat təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)