Rəsmi

Angela Merkel siyasətdən gedir - TARİX AÇIQLADI

Almaniya Kansleri Angela Merkel Xristian Demokrat İttifaqının dekabrda keçiriləcək qurultayında partiya sədrliyinə namizədliyini irəli sürməyəcəyini bildirib.

BI xəbər verir ki, o, bunu oktyabrın 29-da partiyasının rəhbərliyi ilə görüşdə deyib.

Qeyd edək ki, Angela Merkel Xristian Demokrat İttifaqına 18 ildir rəhbərlik edir. Parlament seçkilərindən sonra Hessedə yerli seçkilərdə məğlub olub.

Angela Merkel 1954-cü il iyulun 17-də Hamburq şəhərində doğulub. 2005-ci il noyabrın 22-dən Almaniyanın Kansleridir. 2000-ci il aprelin 10-dan isə Xristian Demokrat İttifaqına sədrlik edir.

Angela Merkelin partiya sədrliyinə namizədliyini irəli sürməməsi həm də onun növbəti parlament seçkilərində iştirak etməməsi deməkdir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)