Vakansiyalar

Metak işçi axtarır - VAKANSİYA

Vakansiya: Qəbul şöbəsinin əməkdaşı

İşin təsviri:

• Zəngləri qəbul etmək və onları yönləndirmək;
• Şirkət qonaqlarını qarşılamaq və onların qeydiyyatını aparmaq ;
• Xarici qonaqların hava limanında qarşılanmasını təşkil etmək;
• İclas və görüşlərin planlaşdırılmasında köməklik göstərmək;
• Şirkətə aid məlumatların, qeydiyyat sənədlərinin və faylların məxfiliyini qorumaq;
• Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək.

Tələblər:

• Ali təhsil;
• Azərbaycan və rus dillərini bilmək mütləqdir, ingilis dili arzuolunandır;
• MS Office proqramları üzrə biliklər;
• Yaş həddi: 22 – 33 yaş;
• Dəqiq və sürətli işləmək bacarığı.

Əlavə şərtlər:

• Əmək haqqı danışıq əsasında müəyyən olunur;
• 5 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Maraqlananlar CV-lərini https://www.metak.az/resume/resume.php?vid=136 və ya hr@metak.az ünvanına göndərərək, 18.07.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department