“Lada”lar yenə bahalaşacaq
“AvtoVAZ” konserni “Lada” modelindən olan bütün avtomobillərin qiymətini qaldıracaq.
Bu barədə “Vedemosti” qəzeti yazır.
- Eləcə də bax: “Hummer” elektromobil buraxacaq
Bu, avtomobil konserninin cari il ərzində ikinci oxşar addımıdır.
“Lada” avtomobillərinin satışı və lizinqi ilə məşğul olan dilerlər qiymətlərin iyulun 1-dən etibarən qaldırılacağını açıqlayıb. Bahalaşmanın 1-4 faiz civarında olacağı iddia olunur.
Xatırladaq ki, bundan əvvəl “AvtoVAZ” yanvar ayında bütün modellərdən olan avtomobillərinin qiymətini 3 faiz artırmışdı. Həmin vaxt buna səbəb Rusiyada ƏDV-nin 18 faizdən 20 faizə qaldırılması ilə əlaqələndirilirdi.