Sığorta

Avtomobil sığortasında ödənişlər azalıb

Azərbaycanda avtomobil satışlarının artması ilə avtonəqliyyat vasitələrinin sığortası (könüllü avtomobil sığortası, KASKO) üzrə toplanan sığorta haqları da artır.

 

"BI" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-sentyabr dövründə sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin sığortası üzrə 20 milyon 561 min manat sığorta haqqı hesablanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22% çoxdur. Ötən ilin yanvar-avqust dövründə avtonəqliyyat vasitələrinin sığortası üzrə 16 milyon 894 min manat sığorta haqları hesabalanmışdı.

 

Toplanmış sığorta haqlarının artmasına baxmayaraq ödənişlər 22% azalıb. 2017-ci ilin 9 ayı ərzində 8  milyon 370 min manat təşkil etmiş ödənişlər bu ilin eyni dövründə 6 milyon 553 min manata düşüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department