ABŞ miqrantların kütləvi deportasiyasına başlayır

ABŞ gələn həftədən miqrantların kütləvi deportasiyasına başlayacaq.
ABŞ-ın immiqrasiya və gömrük polisi milyonlarla miqrantı gələn həftədən deportasiya etməyə başlayacaq.
"ENA" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı öz "Twitter" mikrobloqunda yazıb.
"Gələn həftə ABŞ-ın immiqrasiya və gömrük polisi qanunsuz olaraq Birləşmiş Ştatlar ərazisinə keçmiş milyonlarla əcnəbinin deportasiyası prosesinə başlayacaq. Onlar gəldikləri sürətlə də ölkədən göndəriləcəklər", - deyə o əlavə edib.