Azərbaycan şirkəti “Delfin” layihəsinə qoşulmaq niyyətindədir
“Caspian Drilling Company” Qara dənizin şelf zonasında “Delfin” sahəsində neft-qazın kəşfiyyatı və işlənməsi üçün özəl tərəfdaş axtarışı ilə bağlı Ukrayna hökumətinin elan etdiyi müsabiqəyə müraciət edib.
“ENA” Ukrayna KİV-inə istinadən xəbər verir ki, müraciət edənlər arasında Amerikanın “Frontera Resources”, həmçinin “Trident Black Sea”, “Ukrnefteburenie” şirkətləri də var. Qanuna görə, iyulun 12-dək qalib müəyyənləşməli və komissiya Nazirlər Kabinetinə təklifləri verməlidir. Hökumət iki ay müddətində, yəni sentybarın 12-dək müqavilə imzalamalıdır.
Qeyd edək ki, “Caspian Drilling Company” 1996-cı ildə yaradılıb. Şirkətdə SOCAR 92% paya sahibdir.