Dərman istehsalı üzrə Rusiya-Azərbaycan birgə müəssisəsi yaradılır
Rusiya və Azərbaycan yol xəritəsi çərçivəsində əczaçılıq sahəsində birgə müəssisələrin yaradılması üzrə birgə mexanizmlər hazırlayır.
"ENA" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu gün keçirilən mətbuat konfransında deyib.
Səfir bildirib ki, hazırda birgə müəssisənin yaradılması üzrə işlər başa çatmaq üzrədir:
“Rusiyanın “RFarm” şirkətinin və Azərbaycan dərman istehsalı şirkətinin iştirakı ilə yaradılan müəssisə “Həyat Farm” adını daşıyacaq”.
Onun sözlərinə görə, birgə müəssisənin bu ilin sonunadək, və ya 2020-ci ilin əvvəlinədək yaradılması gözlənilir.