ENA+

"Tramp Huawei mövzusunda yumşala bilər"

ABŞ-ın Xəzinə naziri Steven Mnuchin, Çin ilə ticarət müzakirələrində irəliləmə təmin edilməsi halında Prezident Donald Trampın, ABŞ-ın Huawei-yə tətbiq etdiyi sanksiyaları yumşalda biləcəyini söyləyib. 

"ENA" xəbər verir ki, Mnuchin, ABŞ ilə Çin arasındakı ticarət müzakirələrində irəliləmənin, Tramp ilə Çin Dövlət başçısı Şinin bu ayın sonunda G20 zirvəsi çərçivəsində keçirəcəkləri görüşdə yaşana biləcəyini qeyd edib.

"The Guardian"ın xəbərinə görə, Mnuchin, bir ticarət razılaşması olmaması vəziyyətində isə, Vaşinqtonun büdcə kəsirini azaltmaq üçün gömrük tariflərini tətbiq etməyi davam etdirəcəyi xəbərdarlığını edib:

"Prezident Tramp, ticarət mövzusunda irəliləyiş təmin etsək və müəyyən zəmanətlər alsaq Huawei mövzusunda müəyyən şeylər etməyə istəkli ola biləcəyini söyləyir. Əgər Çin bir razılaşma yolunda irəliləmək istəsə, biz ortaya qoyduğumuz şərtlər çərçivəsində irəliləməyə hazırıq. Əgər Çin addım atmaq istəmirsə, Prezident Tramp tarifələrin tətbiq olunmasına davam etməkdən məmnun olar"

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)