Dövlət Agentliyi Azərbaycanda yığılan kompüterlərlə təchiz olunacaq
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir Texnoparkında yığılan “Acer” stolüstü kompüterləri ilə təchiz olunacaq. Bunu “H-Tech İnvest” şirkətinin (Mingəçevir YTP-nin rezidenti) icraçı direktoru Səid Quliyev deyib.
Onun sözlərinə görə, qeyd olunan müəssisəyə ilə 6 000 kompüterin alınmasına dair müqavilə imzalanıb və istehsal olunacaq texnika cari ilin sonunadək sifarişə çatdırılacaq.
“3 000 ədəd kompüterdən ibarət olan ilkin partiya yaxın 2 ay ərzində, qalanı isə ilin sonunadək təhvil veriləcək”, - deyə S. Quliyev qeyd edib.
O həmçinin əlavə edib ki, hazırda Mingəçevir Texnologiya Parkında yığılan “Acer” kompüterləri ilə “Azərpoçt”, Maliyyə Nazirliyi, Təhsil Nazirliyi və bir sıra digər dövlət müəssisələri təchiz olunub.