"Dünyada dollara inam azalır"
"Dünyada dollara inam azalır".
Bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında çıxış edərkən deyib.
V.Putinin sözlərinə görə, bunda elə ABŞ hökumətinin özü günahkardır.
O, dolların dünyadakı rolunu yenidən nəzərdən keçirməyə çağırıb.
"Bu dərin dəyişikliklər beynəlxalq maliyyə qurumlarının uyğunlaşmasını, dolların rolunun təkrar nəzərdən keçirilməsini tələb edir. Beynəlxalq ehtiyat valyutası olan dollar indi emitent-ölkənin dünyanın digər ölkələrinə təzyiq vasitəsi halına gəlib", - o bildirib.
Rusiya dövlət başçısı həmçinin hazırda regional valyutaların rolunun artdığını vurğulayıb.