Aktivlərindən ən yaxşı istifadə edən bank məlum oldu
Azərbaycanda fəaliyyət göstərən 30 bank bu ilin I rübünü 123,9 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il aprelin 1-nə malik olduqları 29 846,9 milyon manat məbləğində aktivlərin 0,4%-i qədərdir.
Bu, aparılan araşdırma nəticəsində məlum olub.
Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, yanvar-mart aylarından mənfəətlə çıxmış 21 bank arasında aktivlərindən ən yaxşı istifadə edəni "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) olub. Bu bankın əldə etdiyi mənfəət aktivlərinin 1,5%-ni təşkil edib. Xatırladaq ki, ABB aktivlərinin məbləğinə görə də ölkədə liderdir.
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "Kapital Bank" ASC tutub. Bu bank ötən rüb aktivlərinin 1,3%-i qədər mənfəət əldə edib. Bu arada, "Kapital Bank" aktivlərinin məbləğinə görə, 30 bank arasında 3-cü yerdə qərarlaşıb.
Mənfəətinin aktivlərinə nisbətinə görə 3-cü yerə isə 1%-lik göstərici ilə "Bank VTB Azərbaycan" ASC sahib olub. Baxmayaraq ki, bu bank aktivlərinin məbləğinə görə, ölkədə 28-cidir.
Mənfəətlə işləyən qalan 18 bankda isə sözügedən göstərici 0-1% arasında dəyişir.
№ |
Bankın adı |
Bankın rüblük mənfəətinin / zərərinin aktivlərinə nisbəti |
1 |
Azərbaycan Beynəlxalq Bankı |
1,5% |
2 |
Kapital Bank |
1,3% |
3 |
Bank VTB Azərbaycan |
1,0% |
4 |
Unibank |
0,9% |
5 |
PAŞA Bank |
0,8% |
6 |
Nikoyl Bank |
0,7% |
7 |
Naxçıvan Bank |
0,6% |
8 |
Premium Bank |
0,5% |
9 |
Rabitəbank |
0,5% |
10 |
Azərbaycan Sənaye Bankı |
0,4% |
11 |
Express Bank |
0,4% |
12 |
Yapı Kredi Bank Azərbaycan |
0,4% |
13 |
Zıraat Bank Azərbaycan |
0,4% |
14 |
Xalq Bank |
0,3% |
15 |
Günay Bank |
0,2% |
16 |
Azər-Türk Bank |
0,1% |
17 |
Bank Respublika |
0,1% |
18 |
AFB Bank |
0,0% |
19 |
Atabank |
0,0% |
20 |
Bank Avrasiya |
0,0% |
21 |
Turan Bank |
0,0% |
22 |
AGBank |
-0,1% |
23 |
NBC Bank |
-0,2% |
24 |
Amrah Bank |
-0,8% |
25 |
Bank of Baku |
-2,9% |
26 |
Bank BTB |
-0,9% |
27 |
Pakistan Milli Bankı - Bakı |
-1,1% |
28 |
Muğan Bank |
-2,5% |
29 |
İran Milli Bankı - Bakı |
-8,3% |
30 |
Access Bank |
-9,3% |