Rusiyada şəkərin qiyməti kəskin yüksəlib
Şəkərin topdan satış qiymətinin kəskin artması bu ilin sentyabrından başlayıb. Belə ki, oktyabrda ölkənin Cənub federal dairəsində topdan satış qiyməti ötən ilin anoloji dövrü ilə müqayisədə 50% bahalaşıb, 1 kq 35,9 rubl təşkil etmişdi. Bütünlükdə yanvar ayı ərzində qiymətlər demək olar ki, 44% artıb.
"Bİ", bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyinə istinadən RBK yazıb. Nazirlik qeyd edib ki, məhsulun istehlak qiyməti 2018-ci ilin oktyabrın 15-ə görə, 1 kq - 42,70 rubla çatıb. Bir həftə ərzində artım 1,2% (bu ilin başlanğıcına görə +17,6% , 2017-ci ilin anoloji dövrünə görə isə 5,4%-lik artım deməkdir) təşkil edib. Mərkəzi Rusiyada şəkərin orta topdan satış dəyəri hal-hazırda 35 rubl təşkil edir.
“Şəkərin topdan satış qiymətinin artmasının əsas səbəblərindən biri şəkər çuğundurunun aşağı məhsuldarlığı olub”, - deyə aqrar bazar üzrə ekspert Yevgeni İvanov deyib. 2018-ci ildə şəkər çuğunduru əkin sahəsi əvvəlki ilə nisbətən 6% az olub. Bu məhsul üçün 1,13 milyon hektar əkilmişdir. Nəticədə 2018-2019-cu illərdə Rusiyanın şəkər istehsalı 5,8 milyon ton olacaq ki, bu da ötən illə müqayisədə və proqnozlaşdırılan 6-6,1 milyon tonun altında olub. Riteylər, həmçinin qeyd edir ki, şəkərin dəyəri yalnız topdan satış təchizatçılarında deyil, mağazalarda da artır.
Artımı, həmçinin Fransanın “Sucden” şirkəti də təsdiq edir. Onlar tez-tez “Ləzzət” brendi altında şəkər istehsal edirlər və Coca-Cola, PepsiCo, Mars, Nestle, Heineken kimi müəssisələrə məhsulu çatdırırlar.
Ekspertlər şəkərin qiymətində defist gözləmirlər: Rusiyada əvvəlki mövsümlərdən qalan artıq ehtiyatlar mövcuddur və başqa ölkələrdən-ən əsası isə Belarusdan məhsul idxal edirik. Amma şirniyyat istehsal edən müəssisələr şəkərin qiymətinin artımından narahatdırlar. Şəkərin qiymətinin qalması ən çox şirniyyat məmulatlarının ucuz seqmentini vura bilər. Söhbət karamel, nabat kimi tamamilə şəkərdən ibarət olan məhsullardan gedir. Ekspertlər qeyd edir ki, şirniyat məmulatlarının bahalaşmasını istehlakçılar birdən deyil, tədricən hiss edəcəklər.