Neft ucuzlaşmaqda davam edir

Dünya birjalarında neftin qiyməti azalıb.
"ENA" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,10 dollar və ya 0,19% azalaraq 53,15 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,25 dollar və ya 0,41% azalaraq 61,03 dollar təşkil edib.