Vakansiyalar

"Unibank" işçi axtarır - VAKANSİYA

Şirkətin adı: Unibank KB
Yerləşmə: Bakı
Sektor: Proqramlaşdırma və inkişaf departamenti/Bank
Vəzifə : İnformasiya texnologiyalarının analitika şöbəsinin Müdiri
Müqavilə şərtləri: Daimi

Başlıca öhdəliklər

• Biznes proseslərin və onlarla əlaqəli texniki nəticələrin realizasiyasına nəzarətin təmin edilməsi;
• Layihə və operativ fəaliyyətin digər iştirakçıları ilə əks-əlaqənin təşkil edilməsi, biznes proses və layihələrin optimallaşdırılması üçün alternativ həll yollarının müəyyən edilməsi və təklif edilməsi;
• Tətbiq edilmiş dəyişikliklərin izlənilməsi və tətbiq edildikdən sonra yarana biləcək mümkün uğursuzluqların aradan qaldırılması və təmin edilməsi;
• Tələblərin idarə edilməsi (mövcud proseslərin dəyişiklikliyinə və təhlilinə dair sorğuların təkmilləşdirməsi, təsirlərin təsvir edilməsi);
• Müsahibə yolu ilə sifarişçilərin biznes tələblərini və uyğun funksional xüsusiyyətlərini müəyyən etmək məqsədilə maliyyə və bank sektoruna aid olan qanunvericilik və texniki sənədlərin təhlili əsasında Bankın şöbələri tərəfindən hazırlanmış biznes-tələblərin öyrənilməsi;
• Funksional və texniki xüsusiyyətləri yoxlamaq üçün proqramlaşdırma komandası ilə birgə inkişaf tələblərinin sistemləşdirilməsi və formalaşdırılması (biznes-proseslərin, interfeyslərin və verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırılması);
• Resursların planlaşdırılması və tapşırıqların analitik qruplar arasında bölüşdürülməsi;
• Sifarişçilər üçün texniki sənəd (texniki tapşırıq), təlimat, təqdimat və kompüter nümayişlərinin hazırlanması;
• Məlumat bazasının idarə edilməsi;

Namizədin Profili

• İqtisadiyyat və ya İnformasiya texnologiyaları sahəsində ali təhsil;
• Bank sahəsində minimum 4 il iş təcrübəsi;
• Biznes-analitikası səhəsində iş təcrübəsi;
• CRM-sistemləri, analitik məlumatların emalı sistemləri ilə iş təcrübəsi;
• BPMN – Modeling bilikləri;
• Proqram təminatının həyat dövrü bilikləri;
• Sparx Enterprise Architect ilə iş təcrübəsi müsbət qiymətləndirilir;
• Verilənlər bazasının idarə edilməsi ilə əlaqədar biliklər müsbət qiymətləndirilir;
• IFRS standartlarının bilikləri müsbət qiymətləndirilir;
• Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı (ingilis dilini bilmək arzu olunandır). 
• Diqqətcillik, əzmkarlıq, müşahidəçilik, strukturlu və analitik təfəkkür, güclü yaddaş.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə cv@unibank.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (İnformasiya texnologiyalarının analitika şöbəsinin Müdiri) göstərməyiniz xahiş olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department