BİZNES

AZAL-dan "Boeing"lərin alınması ilə bağlı - YENİ AÇIQLAMA

“Boeing 737 Max-8” təyyarələrinin alınmasına dair “Boeing” korporasiyası ilə müqavilə üzrə danışıqlar davam etdirilir.

AZAL-dan verilən məlumata görə, imzalanmış müqavilənin həyata keçirilməsinin 2019-cu ildən 2024-cü ilə keçirilməsi planlaşdırılır.
⠀⠀
Müqavilə üzrə ilkin ödənişlər artıq olunub. Bu ödənişlər 2024-cü ildə “Boeing” korporasiyası tərəfindən nəzərə alınacaq.
⠀⠀
Onu da qeyd edək ki, hal-hazırda yeni geniş füzelyajlı təyyarələrin alınması üçün “Boeing” şirkəti ilə danışıqlar aparılır.
⠀⠀
Hələlik isə, “Azərbaycan Hava Yolları” mövcud təyyarə parkından aktiv istifadə edəcək.
⠀⠀
“Azərbaycan Hava Yolları” dünyada təyyarəqayırma sahəsində çalışan liderlərin – “Boeing”, “Airbus” və “Embraer” - təyyarələrindən istifadə edir.
Bundan əvvəl bildirilmişdi ki, Azərbaycanın milli aviadaşıyıcısı "Boeing 737 MAX-8" təyyarələrini almaqdan imtina edib.

"Boeing" korporasiyasına "Boeing 737 MAX-8" tipli 10 sərnişin təyyarəsinin alışı üzrə müqavilənin pozulması barədə məlumat vermişik", - QSC-dən bildirmişdilər.

AZAL-dan həmçinin bildiriblər ki, hazırda digər iri istehsalçılardan sərnişin təyyarələrinin alınmasının mümkünlüyünə dair danışıqlar aparılır.

Qeyd edək ki, 2017-ci ilin aprelində Azərbaycanın "Silk Way Airlines" şirkəti və "Boeing" korporasiyası 10 ədəd "Boeing 737 MAX-8" təyyarəsinin alqısı üzrə saziş imzalayıb. Sazişin ümumi dəyəri, təxminən, 1 milyard dollara bərabər olub. Təchizat üç il ərzində edilməli idi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)