ENA+

Zelenski sabiq prezidentə vəzifə verdi

Ukraynanın dövlət başçısı Vladimir Zelenski sabiq Prezident Leonid Kuçmanı Donbassda münaqişənin nizamlanması üzrə təmas qrupunda Ukrayna təmsilçisi təyin edib.

TASS xəbər verir ki, iyunun 5-də Ukrayna tərəfdən L.Kuçmanın başçılığı ilə təmas qrupunun növbəti görüşü olacaq.

V.Zelenski bildirib ki, münaqişənin nizamlanması ilə əlaqədar olaraq xarici tərəfdaşlarla görüşlər keçirib:

“Mən ABŞ və Avropa İttifaqından olan tərəfdaşlarla görüşdüm, atəşkəs məsələsini müzakirə etdik. Bizim Donbassla bağlı konkret təkliflərimiz var. Heç kim Ukraynanın ərazisi və suverenliyi ilə alver etməyəcək”.

Ukraynanın ikinci prezidenti olmuş L.Kuçma isə deyib ki, V.Zelenskinin təklifi ilə razılaşmaya bilməzdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)