Bakıda keçiriləcək orqanik qida yarmarkasının yeri açıqlandı
Kənd Təsərrüfatı Nazirliyi yanında “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin iyunun 21-23-də Bakıda keçirməyi planlaşdırdığı orqanik qida yarmarkası Dənizkənarı Milli Parkda baş tutacaq.
Bu barədə keçirdiyi mətbuat konfransında şirkətin direktoru Leyla Məmmədova məlumat verib.
O, orqanik qida istehsalı ilə məşğul olan fermerləri bu yarmarkalarda iştirak etməyə çağırıb: “Yarmakada iştirak bütün yarmarkalarda olduğu kimi pulsuzdur. Fermerlər bütün ləvəzimatlarla – tərəzi, xalat, əlcək və s. ilə təchiz ediləcək”.