KOBİA: "Startap şəhadətnamələri"nin verilməsinə başlanacaq

Yaxın günlərdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən Azərbaycanda innovativ startapları müvafiq vergi güzəştlərilə təmin edəcək "Startap şəhadətnamələri”nin verilməsinə başlanacaq.

"ENA" xəbər verir ki, bunu "Made in Azerbaijan”: İnnovasiyalar və texnologiyalar forumunda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, innovativ biznes və startap ekosisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi Agentliyin əsas prioritet hədəflərindən biridir.

"Bu məqsədlə innovasiyalar sahəsində sahibkarlığın dəstəklənməsinin təşkilatı modellərin yaradılması və səmərəli fəaliyyətin təmin olunması üzrə tədbirlər nəzərdə tutulub", - deyə O. Məmmədov qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)