ENA+

ABŞ-da bankdan 1,5 milyon oğurlayan - 9 ERMƏNİ HƏBS EDİLDİ

ABŞ-da saxta şəxsiyyət vəsiqələri ilə banklardan 1,5 milyon dollar oğurlayan 9 erməni həbs edilib.

"ENA" xəbər verir ki, Amerikanın Miqrasiya və Gömrük Orqanlarının apardığı tədqiqatlar zamanı məlum olub ki, 331 ədəd saxta erməni pasportu hazırlayan dələduzlar "Bank of America” və “Wells Fargo”dan soyğunçuluq edib. İstintaqın nəticələrinə görə, cinayətkarlar bankçılıq qaydalarındakı çatışmazlıqlardan istifadə edərək əvvəlcə bir hesabdan digərinə pul köçürüb, daha sonra isə dərhal bankomatlardan həmin vəsaiti çıxararaq Las-Veqas kazinolarında xərcləyiblər.  

Tutulanlar 48 yaşlı Ara Malhasyan, 38 yaşlı Smbat Xeçumyan, 45 yaşlı Sveta Xeçumyan (Smbatın bacısı və Malhasyanın arvadı), 30 yaşlı Arutyun Petrosyan, 34 yaşlı Artur Arutunyan, 38 yaşlı Xaçatur Çobanyan, 49yaşlı Civan Ahnazaryan və 37 yaşlı Arman Qriqoryandır. 29 yaşlı Artak Ohoyan isə hüquq-mühafizə orqanlarına könüllü təslim olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)