"Meqa Sığorta" fond birjasından çıxıb

Bakı Fond Birjası “Meqa Sığorta” ASC-nin listinqinin alternativ bazar seqmentindən çıxarıb. Delistinq haqqında qərar sığorta şirkətinin müraciəti əsasında həyata keçirilib, deyə BFB-də bildiriblər.
BFB-nin alternativ bazar seqmenti emitentlərin qiymətli kağızlarını birja meydançasında ticarət etmək üçün son – üçüncü imkanıdır. Bu listinq seqmenti emitentləri heç bir şeyə məcbur etmir. “Meqa Sığorta” ASC-nin BFB-dən delistinq edilməsi barədə qərar ictimaiyyətə açıqlanandan iki ay sonra qüvvəyə minir.