Sosial iqtisadiyyat

100 mindən artıq vətəndaşımız bu təqaüdlərdən istifadə edəcək - NAZİRDƏN AÇIQLAMA

“Vətəndaşlarımız əmin olsun ki, Azərbaycanda islahatların davamı gəlir”.

"ENA" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, ölkə başçısının növbəti fərmanı ilə birinci qrup əlillərə və sağlamlıq imkanı məhdud uşaqlara şəxslərə də əlavə təqaüd müəyyən edilib: “Onlar üçün müvafiq qanunverici baza formalaşdırdıqdan sonra, artıq sənəd qəbuluna başlanıb. Yaxın günlərdə təqaüdlərin ödənilməsinə başlanacaq. Burda 100 mindən artıq vətəndaşımız bu təqaüdlərdən istifadə edəcək”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)