Nazirliyə "birgünlük" şirkətlərin xidməti lazım olub
İqtisadiyyat Nazirliyi bu gün başa çatan iki günlük "Dayanıqlı İnkişafa dair Bakı Forumu"nun təşkilini bu beynəlxalq tədbir ərəfəsində yaradılan iki şirkətə həvalə edib.
Ümumiyyətlə, forum çərçivəsində təşkilati işlər 149,1 min manata ($ 87,7 min) başa gəlib, deyə dövlət satınalmaları reyestri məlumat verir. Detalları barədə məlumat verilməyən işlərin yerinə yetirilməsinə dair müqavilələr "SIM S GROUP" MMC (11 oktyabr) və "MARION-2019" (24 oktyabr) şirkətləri ilə imzalanıb. Bu müqavilələr üçün açıq tenderlər keçirilməyib. Müqavilələr bu ilin avqust və sentyabr aylarında təsis edilmiş şirkətlərə verilib.