MALİYYƏ

Ukrayna qızıl ehtiyatlarını satır - BORCUNU ÖDƏYƏCƏK

Ukrayna dövlət borclarını ödəmək məqsədilə qızıl ehtiyatlarını satır.

"ENA" xəbər verir ki, bunu Ukrayna Milli Bankının sədri Yakov Smoliy deyib.

Bank rəsmisinin sözlərinə görə, 2019-cu ilin may ayı üçün ölkənin qızıl ehtiyatları 1,2 milyard dollar dəyərində azalıb.

Qızıl ehtiyatlarında isə bu göstərici 20,5 milyard dollardan 19,3 milyard dollara qədər düşüb.

Y.Smoliy qeyd edib ki, 2019-cu ilin sonuna qədər Ukrayna 5 milyard dollar dəyərində xarici və daxili borclarını ödəməlidir.

   

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)