Tenderlər

6 əczaçılıq şirkəti 8,5 milyon manatlıq tenderlərin qalibi elan edilib

Talassemiya Mərkəzi talassemiyanın müalicəsi və profilaktikası üzrə altı şirkətlə səkkiz müqavilə imzalayıb. Dövlət satınalmaları reyestrinə əsasən, bu məqsədlər üçün dövlət büdcəsindən 8 milyon 545 min 408 manat və ya 5 milyon ABŞ dolları xərclənəcək.

Dərman, sarğı materialları, reagent, diaqnostik vasitələr, tibbi təchizat və s alınması üzrə tender mart ayında baş tutub. 

Müqavilələrin imzalanması barədə "Talassemiya Mərkəzi" publik hüquqi şəxsi mayın 29-da məlumat verib. "Avromed Company" QSC ilə ümumi dəyəri 7 milyon 665 min 211 manat olan üç müqavilə bağlanıb. "Spektr Med", "Labservis Ltd", "Albatros Helt Keyr", "Facet" və "Şəfahət" şirkətləri də Talassemiya Mərkəzinin təchizatçısı olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)