ENA+

Ən varlı insanın keçmiş xanımı sərvətini xeyriyyəçiliyə xərcləyəcək

Dünyanın ən varlı qadınlarından biri, “Amazon” şirkətinin rəhbəri Ceff Bezosun keçmiş xanımı Makkenzi öz sərvətinin yarısını xeyriyyə məqsədlərinə sərf etmək niyyətindədir.

Ena.az “Bloomberg”ə istinadən xəbər verir ki, Makkenzi bu barədə danışıb.  “Onun xeyriyyəçiliyə və gələcəyə yanaşma tərzi mənalı olacaq”.

“Mənim sayagəlməz dərəcədə çoxlu pulum var və onu bölüşə bilərəm”, - deyə “Bloomberg” onun sözlərindən sitat gətirib.

Qeyd edək ki, C.Bezosla boşandıqdan sonra Makkenzi “Amazon”un 75%-ni keçmiş ərinə güzəştə gedərək, 25% səhmlə kifayətlənməli olub. Onun sərvətinin hazırda 37 milyard dollar olduğu deyilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)