MALİYYƏ

Mərkəzi Bank satışa qızıl pullar çıxarıb – QİYMƏTLƏR

Azərbaycan Mərkəzi Bankı tərəfindən mütəmadi olaraq ölkəmizin tarixinə, mədəniyyətinə, elminə, incəsənətinə, eləcə də idman, görkəmli şəxsiyyətlər, əlamətdar hadisələr və s. mövzulara həsr olunmuş yubiley və xatirə pul nişanları tədavülə buraxılır.

"ENA" xəbər verir ki, Mərkəzi Bankın rəsmi internet səhifəsinin "Milli pul nişanları" bölməsində satışda olan yubiley və xatirə pul nişanları, o cümlədən onların satış qiymətləri barədə məlumatlar gündəlik olaraq yerləşdirilir.

Satışda olan yubiley və xatirə pul nişanlarını əldə etmək istəyən vətəndaşlar Mərkəzi Bankın Elektron Xidmətlər portalında “Elektron müraciətlər Sistemi”nə daxil olaraq əldə etmək istədiyi yubiley və xatirə pul nişanlarının adı və sayını qeyd etməklə sifariş edə bilərlər.

Azərbaycanda qızıl və gümüş pulları necə əldə etmək olar? - QİYMƏTLƏR

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)