"Bank Standard"ın Kreditorlar Komitəsinin sədri - İSTEFA VERƏCƏK
11 iyun saat 15.00-da Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) binasında (Babək prospekti, 16) "Bank Standard"ın Kreditorlar Komitəsinin növbəti iclası keçiriləcək (14 fevral tarixli iclasdakı qərara uyğun olaraq).
"ENA" xəbər verir ki, bunu "Bank Standard"ın Kreditorlar Komitəsinin sədri Əkrəm Həsənov bildirib.
O bildirib ki, İclasda bankın maliyyə vəziyyəti və ləğvetmə prosesi, habelə Komitənin yeni tərkibinin müəyyən edilməsi, sədrinin və katibinin dəyişdirilməsi məsələləri müzakirə ediləcək. Komitənin sədri olaraq o cümlədən mən də istefa verəcəyəm (səbəblərini iclasda izah edəcəyəm).
Kreditorlar, mətbuat və ƏSF rəhbəri Vüqar Abdullayev iclasa dəvətlidir.
Komitə üzvləri iclasın gündəliyinə dair əlavə təkliflərini mənə 4 iyun tarixinədək ünvanlaya bilər.
Komitənin Əsasnaməsinə görə iclasda yetərsay, üzvlərinin 2/3 hissəsindən ibarətdir. Komitənin məhkəmə tərəfindən tanınmış 3 may 2017-ci il tarixli iclas protokoluna əsasən hazırda Komitənin üzvləri aşağıdakı şəxslərdir (mən və siyahıdakı son 6 şəxs istisna olmaqla, digər 20 üzv Komitəyə sırf ƏSF-in təşəbbüsü ilə daxil edilib):
1. Əkrəm Həsənov – sədr;
2. Raziyə İsayeva (Xəzər Universiteti) – katib;
3. “Azercell Telecom” MMC;
4. “Socar Cape” MMC;
5. “Socar Marketing”;
6. “Standard İnsurance” ASC;
7. “Qala Həyat” Sığorta Şirkəti ASC;
8. “Finca Azərbaycan” QBKT;
9. “UniLeazing” QSC;
10. “GESCO” ASC;
11. Vəliyev Rişad Höccət oğlu;
12. Seyidov Fərhad Əsgər oğlu;
13. Əlizadə Akif Ağamehti oğlu;
14. Qazayeva Aliyə Məmmədovna;
15. Əli-Zadə Orxan Samir oğlu;
16. Əfəndi Rəna Rüstəmovna;
17. Əfəndiyev Bəhruz Məmmədhəsən oğlu;
18. Sahibkarlığın İnkişafı Fondu;
19. Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyi;
20. Vladimir Vladimiroviç Timoşenko;
21. Mustafayeva Rəna Mehti qızı;
22. İlxaszadə Sabir Saqi oğlu;
23. Babazadə Nailə Sabir qızı;
24. Təhməzova Nailə Sultan qızı;
25. Əsgərov Tural Qabil oğlu;
26. Məmmədov Məhərrəm Qasım oğlu;
27. Qafarova Cəmilə Əli qızı.
Nəzərə alaraq ki, bu üzvlərin mütləq əksəriyyəti uzun müddətdir ki, iclaslara gəlmir, Komitənin tərkibi yenilənməli və məhkəmə tərəfindən tanınmalıdır. Buna görə də növbəti iclasda bir sıra hüquqi məsələ (Komitə sədri və katibinin seçkisi) həll olunmalı olduğu üçün yetərsay (azı 18 üzv) olmasa, iclasda iştirak edən və Komitə üzvü olmaq istəyən hər kəsdən ibarət yeni tərkibin siyahısının məhkəməyə təqdim olunması planlaşdırılır. Xatırladıram ki, sözügedən bankın təxmini 45000 kreditoru var.
Bəzi əmanətçilər iclasın daha yaxın tarixdə keçirilib-keçirilməməsi barədə mənə müraciət edir. Xatırladıram ki, Komitənin Əsasnaməsinə görə onun növbəti iclasının tarixi əvvəlki iclasda müəyyən edilir. Bu tarix də müəyyən edilib – 11 iyun. Əsasnaməyə görə növbədənkənar iclasın keçirilməsi haqda təşəbbüsü sədr, ƏSF və Komitə üzvlərinin 2/3 hissəsi irəli sürə bilər. Mənə heç kəs tərəfdən fərqli tarix barədə rəsmi müraciət edilməyib. Bundan sonra edildiyi halda belə, təşəbbüskar təbii, daha yaxın tarixdə iclasın hansı səbəbdən keçirilməsi zərurətini əsaslandırmalıdır. Çünki hər bir halda növbəti iclasa 2 həftə qalıb və həmin 2 həftənin, yəni 14 günün yarısı (7 gün) qeyri-iş günüdür. Başqa sözlə, daha tez tarixdə iclasın keçirilməsi hazırlıq baxımdan praktiki olaraq mümkün də deyil.
Kreditorlara etdiyim əvvəlki müraciətlərimə uyğun olaraq onlardan bir daha xahiş edirəm: Komitənin yeni sədri və katibi barədə aralarında müzakirələrə indidən başlasınlar ki, iclasda namizədlərin müəyyən edilməsi çox vaxt aparmasın.