“Hyundai” şirkəti Özbəkistanda elektromobil istehsal edəcək
Cənubi Koreyanın “Hyundai” şirkəti Özbəkistanın Kokand şəhərindəki Azad İqtisadi Zonada elektromobil istehsal edəcək.
"ENA" xəbər verir ki, layihənin qiyməti 300 milyon dollardır. Zavodun tikintisinə 2021-ci ildə başlanacaq və konveyerdən ilk belə maşın 2023-cü ildə çıxacaq. Zavod tam gücü ilə işə düşdükdən sonra ildə 10 min elektromobil istehsal edilməsi nəzərdə tutulur. Bunun nəticəsində 1000 iş yeri açılacaq.
Eləcə də bax: "Almaniyadan gətirilən dizel avtomobilləri 2 ciddi problem yaradacaq"
“Hyundai” şirkəti Kokandda 1 tondan 50 tona qədər yük götürən maşınların, şəhərlərarası və turist avtobuslarının, həmçinin xüsusi nəqliyyat vasitələrinin istehsalına da başlamaq niyyətindədir.
Eləcə də bax: Avtomobillərin idarə olunmasına dair etibarnamənin verilməsi ilə bağlı - YENİLİK