Hadisə

Bakıda Hindistanlı iş adamlarının şirkətlərindən 220 min manatlıq oğurluq olub

Bakıda Hindistan vətəndaşlarına məxsus şirkətlərdən oğurluq olub.

"ENA" xəbər verir ki, iş adamları - “Marvel Group” MMC-nin rəhbəri Paul Boney və “Megamax” MMC-nin rəhbəri Vimal Koyithanata hüquq-mühafizə orqanlarına müraciət edərək bildiriblər ki, 2018-ci ilin fevralından 2019-cu ilin mayına kimi olan müddətdə Binəqədi rayonunda yerləşən P.Boneyə məxsus şirkətdən 100 min, V.Koyithanatha məxsus şirkətdən 120 min dəyərində televizor, soyuducu, kondisioner oğurlanıb.

Hindistanlı iş adamları orada işləyən 5 kişi satıcıdan şübhələndiklərini deyib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Marvel Group” və “Megamax” şirkətləri məişət texnikasının topdan və pərakəndə satışı ilə məşğul olur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)