Sosial iqtisadiyyat

AMEA-nın magistraturasına qəbul ödənişli əsaslarla həyata keçiriləcək - QİYMƏT

Nazirlər Kabineti tərəfindən 2019/2020-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına 24 ixtisas, 88 ixtisaslaşma üzrə 138 plan yeri təsdiq edilib.

Eləcə də bax: AMEA magistraturasına qəbul zamanı müsahibə mərhələsi ləğv olunub - QƏRAR

 

"ENA" xəbər verir ki ayrılan plan yerlərindən 103-ü dövlət sifarişli, 35-i isə ödənişli əsaslarladır.

Bildirilib ki, cari ildə ilk dəfə olaraq AMEA-nın magistraturasına ödənişli əsaslarla tələbə qəbulu həyata keçiriləcək. Ödənişli əsaslarla təhsil alanların illik təhsil haqqlarının məbləği 1600 manat müəyyən olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)