200 manat almaq üçün hansı sənədlər lazımdır?
![](https://ena.az/uploads/news/2019-05/_ena_b11488ad24555367b9eed6a2a_o.jpg)
Uşağın anadan olmasına görə birdəfəlik müavinəti almaq üçün hansı sənədlər lazımdır?
"ENA" Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə (DOST) istinadən xəbər verir ki, bu zaman aşağıdakı sənədlərin toplanması vacibdir:
1. Yaşayış yerindən ailə tərkibi barədə arayış:
2. Uşağın doğumu haqqında arayış:
3. Doğum haqqında şəhadətnamə:
4. Valideynlərin və uşağın şəxsiyyət vəsiqələri:
4. Nikah haqqında şəhadətnamə:
Xatırladaq ki, fevral ayından uşağın anadan olmasına görə sosial müavinətin məbləği artırılaraq 200 manat olub.