Ağlayaraq istefasını açıqladı
Böyük Britaniyanın Baş naziri Theresa May (Tereza Mey) 7 May 2019-cu il tarixindən etibarlı olmaqla istefa verdiyini açıqladı.
Böyük Britaniyannın Avropa Birliyindən (AB) çıxışı (Brexit) böhrana çevrilib.
"ENA" xəbər verir ki, May istefa çıxışında Brexit-i reallaşdıra bilmədiyi üçün məyus olduğunu bildirib. İstefası ilə əlaqədar Kraliçanı da məlumatlandırdığını bildirən May, "Referendumdan çıxan nəticəni həyata keçirməyə çalışdım. İngiltərə xalqı AB-dən çıxmaq üçün səs verdi. Çıxış ilə əlaqədar hər şeyi müzakirə etdim. Birliyimizi qorumaq üçün və razılaşmanı həyata keçirə bilmək üçün edə biləcəyim hər şeyi etdim, 3 dəfə sınadım, amma təəssüf ki, bacara bilmədim.
Ölkənin mənfəəti üçün yeni Baş nazirin səyini davam etdirməsi tələb olunur. Brexit-i reallaşdıra bilməmək məni məyus edəcək, amma referendum nəticələrini mənim yerimə gələcək adamın davam etdirməsini istəyirəm. Ümid edirəm ki, Parlamentdə mənim bacara bilmədiyim ortaq fikir təmin olunar" ifadəsini istifadə edib.
May, çıxışının sonunda gözyaşlarına hakim ola bilməyib.
Theresa May, 2016-da keçirilmiş Brexit referendumunun ardından o dövürki Baş nazir David Cameronun istefası ilə boşalan kresloya oturmuşdu.