Bank

11 bankın qiymətli kağızlara investisiyaları azalıb

Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 24-nin aktivlərində son 1 ildə qiymətli kağızlara investisiyalar olub ki, bunlardan da 11-də fond bazarında investisiyaların illik dinamikası mənfi olub.

"ENA" xəbər verir ki, həmin banklar "Yapı Kredi Bank Azərbaycan", "AFB Bank", "Atabank", "Express Bank", "Bank BTB", "Nikoyl Bank", "Access Bank", "Ziraat Bank Azərbaycan", "Bank of Baku", "Turan Bank" və "Amrah Bank"dır. Ən çox azalma "Amrah Bank"da (100%), ən az azalma isə " Yapı Kredi Bank Azərbaycan"da (6,2%) qeydə alınıb.

11 bankda isə qiymətli fond bazarına investisiyalar artıb. Bunlar "PAŞA Bank", "Unibank", "Kapital Bank", "Bank Avrasiya", "Xalq Bank", "Bank Respublika", "Rabitəbank", Pakistan Milli Bankının Bakı filialı, "Azər-Türk Bank", "Azərbaycan Beynəlxalq Bankı" və İran Milli Bankının Bakı filialıdır. Ən yüksək dinamika "PAŞA Bank"da (5,2 dəfə), ən aşağı dinamika isə İran Milli Bankının Bakı filialında (3,8%) qeydə alınıb.

1 bankın - "Muğan Bank"ın qiymətli kağızlara investisiyaları dəyişməyib, 1  bank - "Bank VTB Azərbaycan" isə fond bazarında investisiya qoymağa yenicə başlayıb.

7 bank - AGBank", "Azərbaycan Sənaye Bankı", "Günay Bank",  "Naxçıvan Bank", "NBC Bank" və "Premium Bank" isə son 1 ildə fond bazarına investisiya qoymayıb. Odur ki, bu bankların investisiyalarının dinamikasını hesablamaq mümkün olmayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)