"WhatsApp" pul qazanmaq üçün bu addımı atır - İLK DƏFƏ
“WhatsApp” messencerinin sahibi “Facebook” şirkəti reklam nümayiş etdirməklə sözügedən xidmətdən pul qazanmağı planlaşdırır.
“WhatsApp” messencerində istifadəçilər üçün statuslarda reklam nümayiş etdirilməsi düşünülür. Bu barədə Rotterdamda keçirilmiş “Facebook Marketing Summit” tədbirinin gedişində xidmətin nümayəndələri məlumat veriblər.
“WhatsApp” messencerinin statusları “Instagram” ilə demək olar eynidir və sonuncuda artıq reklam nümayiş etdirilir. Hər iki xidmətdə kommersiya təklifləri eyni cür işləyəcək