ENA+

Ən çox qızıl ehtiyatı olan ölkələr - TOP 10

2018-ci ildə mərkəzi banklar tərəfindən alınan qızılın həcmi, son 50 il ərzində rekord səviyyəyə çatmışdır.

Bu tendensiya cari ildə də davam edir.

Eləcə də bax: Bakının havası ən çirkli rayonları açıqlandı - SİYAHI

 

Beynəlxalq Valyuta Fondunun və Ümumdünya qızıl şurasının verdiyi məlumata görə, qızıl ehtiyatına görə dünya üzrə aşağıdakı ölkələr seçilirlər:

10. Hindistan

Rəsmi qızıl ehtiyatı: 608,7 ton

Qızıl-valyuta ehtiyatlarında payı: 6,4%

Qlobal iqtisadiyyatın yavaşaması səbəbiylə, inkişaf etməkdə olan bazarlar qızıl ehtiyatlarını artırmağa meyl edirlər.

Hindistanın qızıl-valyuta ehtiyatları ötən ilin avqust ayından başlayaraq artmaqdadır.

9. Niderland

Rəsmi qızıl ehtiyatı: 612,5 ton

Qızıl-valyuta ehtiyatlarında payı: 65,9%

Son illərdə Hollandiya, qızıl ehtiyatlarının ölkə ərazisinə qaytarılması üzərində çalışır.

Mərkəzi Bankın 2014-cü ildə qeyd etdiyi kimi, bu, “cəmiyyətin etimadına müsbət təsir göstərəcəkdir”.

8.Yaponiya

Rəsmi qızıl ehtiyatı: 765,2 ton

Qızıl-valyuta ehtiyatlarında payı: 2,5%

Son 15 il ərzində Yaponiyanın qızıl ehtiyatları artaraq, rekord səviyyəyə çatmışdır. Beynəlxalq Valyuta Fondunun verdiyi məlumata görə, ölkənin qızıl-valyuta ehtiyatlarında payı 2,5%-ə çatıb.

7. İsveç

Rəsmi qızıl ehtiyatı: 1 040 ton

Qızıl-valyuta ehtiyatlarında payı: 5,5%

8,4 milyon əhalisi olan İsveçrə, adambaşına qızıl ehtiyatları baxımından ən böyük ölkə hesab olunur.

6. Çin

Rəsmi qızıl ehtiyatı: 1 874,3 ton

Qızıl-valyuta ehtiyatlarında payı: 2,5%

Çin iqtisadi artımın yavaşlatılmasının təsirini azaltmaq üçün stimullaşdırıcı tədbirlər tətbiq edərkən, ölkənin Mərkəzi Bankı qızıl ehtiyatlarını tədricən artırır.

Qızıl ehtiyatlarının həcmi artıq dörd aydır artır.

5. Rusiya

Rəsmi qızıl ehtiyatı: 2 150,5 ton

Qızıl-valyuta ehtiyatlarında payı: 19,1%

Rusiya da qızıl ehtiyatını tədricən artırır. Bloomberg-in verdiyi məlumata görə, ölkənin qızıl ehtiyatları son on ildə dörd qat artıb.

4. Fransa

Rəsmi qızıl ehtiyatı: 2 436 ton

Qızıl-valyuta ehtiyatlarında payı: 61,1%

Ötən il, KİV məlumatlarına görə, Fransa Bankı qızıl ehtiyatlarının keyfiyyətini artırmaq məqsədilə tədbirlərə başladı.

Bu addım beynəlxalq bazarda ticarətin dəstəklənməsinə yönəldilmişdir.

3. İtaliya

Rəsmi qızıl ehtiyatı: 2451,8 ton

Qızıl-valyuta ehtiyatlarında payı: 66,9%

İtaliyada populistik hərəkatların populyarlığı artdıqca, ekspertlər ölkənin qızıl ehtiyatlarının qeyri-müəyyənliklə üzləşəcəyindən qorxurlar.

Belə ki, bu yaxınlarda Romada qızıl ehtiyatlarının ictimaiyyətə həvalə edilməsi ideyası təklif edilmişdir.

2. Almaniya

Rəsmi qızıl ehtiyatı: 3 369,7 ton

Qızıl-valyuta ehtiyatlarında payı: 70,6%

2017-ci ildə ölkə milyardlarla dollar dəyərində qızıl ehtiyatını geri qaytarıb.

Avropa bankları bu addımı ictimaiyyətin etimadını yüksəltmək məqsədi ilə əlaqələndirirlər.  

2017-ci ilə qədər Almaniyanın qızıl ehtiyatının bir hissəsi Paris və Nyu-York şəhərlərində saxlanılırdı.

1. ABŞ

Rəsmi qızıl ehtiyatı: 8 133,5 ton

Qızıl-valyuta ehtiyatlarında payı: 74,9%

ABŞ-ın qızıl ehtiyatı digər ölkələrlə müqayisədə (əvvəlki iki ölkənin qızıl ehtiyatlarından demək olar ki, iki dəfə) daha çoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)