Palata xalis mənfəətini kəskin artırıb
Maliyyə Bazarlarına Nəzarət Palatası 2018-ci ili 10 milyon 443 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2017-ci illə müqayisədə 2,7 dəfə çoxdur. Palata 2017-ci ili 3 milyon 877 min manat xalis mənfəət ilə bağlamışdı.
"ENA" qurumun maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2017-ci ildə ümumi gəlirləri 15 milyon 182 min manat ikən, 2018-ci ildə 20 milyon 781 min manat təşkil edib. Gəlirlərin artmasına qarşılıq xərclər azalıb. Cəmi xərclər 11 milyon 305 min manatdan 10 milyon 349 min manat düşüb.
2018-ci il ərzində Maliyyə Bazarlarına Nəzarət Palatasının cəmi aktivləri 46% artaraq 21 milyon 335 min manata çatıb.