Sənaye

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin müdiriyyəti ləğv olunur

İqtisadiyyat Nazirliyinin nəzdində tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin müdiriyyəti ləğv olunduğunu elan edib.

"ENA" bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir.

Məlumatda deyilir ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 84, Hökumət evi, 435-ci otaq ünvanına bildirə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)