Türkiyə ABŞ istehsalı olan bir qrup məhsulun gömrük rüsumunu azaldıb
![](https://ena.az/uploads/news/2019-05/_ena_6349fa83b8792d9be2a8abe5c_o.jpg)
Türkiyə hökuməti ABŞ istehsalı olan 22 məhsulun gömrük rüsumunu yarıya qədər endirməyə qərar verib.
"ENA" Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bununla bağlı qərar ABŞ-ın keçən həftə Türkiyədən polad və alüminium məhsullarına tətbiq etdiyi 50 və 20% əlavə vergini yarıya endirməsindən sonra qəbul olunub.
Gömrük rüsumu azaldılmış məhsulların arasında sərt qabıqlı, təzə və ya qurudulmuş, qabığı çıxarılmış və yaxud soyulmuş meyvələr, düyü, alkoqol dərəcəsi 80%-dən yüksək olan məhsullar, likorlar və alkoqollu içkilər, tütün yarpağı və tütünlər, daş kömür var.