BFB-də Maliyyə Nazirliyinin istiqrazları yerləşdirilib
Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0106009753 ISIN-li, 15 mln. manat həcmində, 1 092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən ENA-ya verilən məlumata görə, hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 96,7165 AZN (10,3%) və 100 AZN (9%) olan 10 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 97,7120 AZN (9,9001%), orta ölçülmüş qiyməti isə 98,2212 (9,6975%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 15 752 900 AZN, yerləşdirilmiş həcmi isə 14 202 000 AZN təşkil edib.
İstiqrazların ödəmə tarixi 17.05.2022-ci il.
Hərrac iştirakçıları 22 may 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.