"Gömrük invoys qiymətini artırdı, Prezident Aparatına yazdıq, həll olundu" - TÜRK İŞ ADAMI
Mayın 20-də Bakıda keçirilən "Məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi" adlı tədbirdə Türkiyənin Azərbaycanda fəaliyyət göstərən "Hukuklar" şirkətinin nümayəndəsi gömrükdə qarşılaşdığı problemi və onun həllinə necə nail olduğunu açıqlayıb.
ENA.az xəbər verir ki, dövlət rəsmiləri ilə yanaşı 200-ə yaxın sahibkarın da qatıldığı tədbirdə sözügedən şirkətin nümaynədəsi bildirib ki, 2015-ci ilin 9-cu ayından 2016-cı ilin 1-ci ayına kimi xaricdən Azərbaycanada mal idxalı zamanı problemlərlə üzləşib. Belə ki, Azərbaycanada mal idxal etdikləri zamanı gömrük rüsumu suni şəkildə artırılıb. İş adamının sözlərinə görə, 2015-ci ildə Azərbaycana gətirdikləri malın 4405 dollar innvoys dəyəri olub. Lakin gömrükdə malın statistik dəyəri 25 970 dollar yəni 5-6 dəfə baha göstərilib- deyə sahibkar qeyd edib.
İş adamı bildirib ki, eyni problemlə bir qədər əvvəldə rastlaşıb - həmin vaxt da gömrük xidməti onun gətirdiyi mallara görə invoys qiymətini artırıb.
"Biz Kiçik və Orta biznes inkişaf agentliyi ilə bərabər həmin problemin aradan götürülməsi ilə bağlı Bakı Baş Gömrük İdarəsinə müraciət etdik ki, bizim mallarımız gömrükdə saxlanılıb. Bu məsələ ilə bağlı Prezident Aparatına da yazdıq . Bundan sonra araşdırma olundu və mallarımız sərbəst buraxıldı" – deyə iş adamı qeyd edib.