ENA+

ABŞ “Huawei” şirkətinə müvəqqəti lisenziya verdi

ABŞ-ın Ticarət Nazirliyi Çinin “Huawei” telekommunikasiya şirkətinə müvəqqəti lisenziya verib.

ENA.az xəbər verir ki, bunun sayəsində “Huawei” ABŞ-da istifadədə olan şəbəkə sahəsində xidmətini və markanın adını daşıyan mobil qurğuların proqram yenilənməsini təmin edə biləcək.

Məlumata görə, lisenziya müddəti 2019-cu il avqustun 19-na qədərdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)