Azərbaycanda sahibkarların problemini həll edəcək - YENİ QURUM YARADILACAQ
"Azərbaycanda 1 milyona yaxın sahibkarlıq subyekti fəaliyyət göstərir. Bu isə ölkə əhalisinin 10 faizini təşkil edir".
"ENA" xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi zamanı deyib.
O qeyd edib ki, Azərbaycanda sahibkarların şikayətlərinin daha çevik həll edilməsi, qərarların icrasının daha sürətli həyata keçirilməsi üçün özəl icra qurumu yaradılacaq.