MALİYYƏ

İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı

Bakı Fond Birjası (BFB) 2018-ci ilin yanvar-sentyabr ayları üzrə birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.

"" Birjaya istinadən xəbər verir ki, renkinqə 6 277 mln. manatlıq göstərici ilə "Paşa Kapital İnvestisiya Şirkəti” başçılıq edir.

Növbəti yerlərdə 3 957 mln. manatla “Unicapital İnvestisiya Şirkəti", 3 571 mln. manatla AzFinance İnvestisiya Şirkəti" QSC, 3 529 mln. manatla “İnvest-Az İnvestisiya Şirkəti” QSC, 1 418 mln. manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, 424 mln. manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.

İnvestisiya şirkətləri Əməliyyatların həcmi, AZN
1 Paşa Kapital 6 276 859 003,72
2 Unicapital 3 957 043 650,37
3 AzFinance 3 570 516 658,46
4 İnvest-Az 3 528 485 223,73
5 Xalq Kapital 1 417 916 611,16
6 PSG Kapital 423 954 180,77
7 Kapital Menecment -

Qeyd edək ki, "İnvest-Az İnvestisiya Şirkəti" törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)