BİZNES

Azərbaycanlılarla xüsusi dostluğu olan Lujkovun arvadı Rusiyanın ən varlı qadınıdır

“Inteco Management” şirkətinin direktoru, Moskvanın eks meri Yuri  Lujkovun birinci arvadı Yelena Baturina artıq beşinci dəfədir ki, Rsuaiyanın ən zəngin qadınlarının siyahısında liderdir. Forbes-in hesablamasına görə, onun varidatı 1,2 milyard dollar təşkil edir.

"" xəbər verir ki, reytinqdə ikinci yeri Wildberries onlayn-mağazasının sahibi Tatyana Bakalçuk tutur. Onun var-dövləti 600 milyon dollardır. 

Üçüncü pillədə milyarder, Fransanın“Monako” futbol klubunun sahibi Dmitri Rıblovun keçmiş arvadı Yelena Rıblova tutur. Builki məhkəmə prosesi zamanı o, ərindən 600 milyon dollar və İsveçdə 2 ev əldə edə bilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department