ENA+

Qətər Fars körfəzində öz iqtisadi zonasını müəyyən edib

Qətər Fars körfəzində öz dəniz iqtisadi zonasının sərhədlərini müəyyənləşdirib və xarici balıqçı gəmilərinə icazəsiz ov etməyi qadağan edib.

"ENA" RİA "Novosti"yə istinadən xəbər verir ki, müvafiq bəyanatla ölkənin Xarici İşlər Nazirliyinin baş katibi və Dəniz Hüquq Komitəsinin rəhbəri Əhməd bin Həsən əl Həmmadi çıxış edib.

O bu bəyanatı Qətərin BMT-nin 1982-ci il tarixli dəniz hüququ bəyannaməsinin icrası üzrə öhdəliklərinə uyğun olaraq edib.

Məmurun sözlərinə görə, iqtisadi zona ikitərəfli razılaşmalara əsasən ölkənin sahillərindən və ya qonşu ölkələrin oxşar sərhədlərindən 200 dəniz mili məsafədə müəyyən edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)