Marka Bələdçisi (Brandbook) — markanın mahiyyətinin və dəyərlərinin, şirkətin özünüeyniləşdirməsinin, həmçinin onların işçilər və istehlakçılar üçün işarələnməsinin forma və üsullarının rəsmi təsviridir. Şirkətin Marka Bələdçisi — şirkətin idarəetmə standartlarını və inkişafını, özünəməxsus üslubunu, missiya və fəlsəfəsini, bazardakı mövqeyini təsvir edən korporativ nəşrdir.
Marketinq əlaqələrinin birləşmələri – marketinq əlaqələrinin planlaşdırma konsepsiyasıdır, burada müxtəlif əlaqə fənlərinin: geniş kütlə üçün reklam, birbaşa marketinq, satışın və ictimaiyyətlə əlaqələrin dəstəklənməsinin və bu fənlərin birləşməsinin strateji rolları qiymətləndirilən detallı plana üstünlük verir və beləliklə istehlakçıya aydın, ardıcıl və maksimum əlaqə təsirini göstərir.
Ümumqəbuledilmiş sığorta təcrübəsinə uyğun olaraq əhalinin az gəlirli təbəqəsi üçün sığortalana bilən risklər üzrə təklif olunan, cüzi sığorta haqqı müqabilində adi sığortaya nisbətən daha az məbləğdə sığorta təminatını nəzərdə tutan və lisenziyalaşdırılmış şəxslər tərəfindən həyata keçirilən sığorta mexanizmi.
Bir il və ya daha çox müddətə bağlanmış sığorta müqaviləsinin qüvvəyə mindiyi tarixdən etibarən keçən hər 12 ay ərzindəki müddət.
Sığortaçının (təkrarsığortaçının) könüllü olaraq və ya sığorta nəzarəti orqanının göstərişi ilə müəyyən sığorta növü və ya növləri üzrə bağladığı müqavilələrin, yaxud bütün sığorta portfelinin müqavilələrin başa çatmamış müddətinə mütənasib olan sığorta ehtiyatlarını təmin edən vəsaitlərlə birlikdə digər sığortaçıya və ya təkrarsığortaçıya ötürməsi.
Sığorta hadisəsi üzrə zərərlərin təkrarsığortalı və təkrarsığortaçı arasında bağlanmış təkrarsığorta müqaviləsində nəzərdə tutulmuş sığorta haqlarının mütənasibliyinə uyğun qaydada bölgüsünə əsaslanan təkrarsığortanın forması
Sığortaçının aktivlərinin müxtəlifliyi, etibarlılığı, likvidliyi və digər keyfiyyət meyarları nəzərə alınmaqla hesablanan dəyəri.
Sığorta müqaviləsinin bağlanması zamanı və müqavilənin qüvvədə olduğu müddət ərzində müqavilə predmeti ilə əlaqədar olan risklər, həmçinin belə risklərin artması barədə sığortaçını vaxtında və təfərrüatlı şəkildə məlumatlandırmaq vəzifəsi.
Sığorta olunanın hərəkət və ya hərəkətsizliyi nəticəsində digər şəxslərin sağlamlığına və ya əmlakına dəyən zərərə görə qanunla mülki məsuliyyət daşıdığı hallarda, zərərçəkənin qanuni şəkildə tələb etdiyi zərərin əvəzinin sığortaçı tərəfindən ödənilməsini nəzərdə tutan sığorta.
- «
- 1
- »